Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naməlum virusdan üç gündə 13 uşaq ölüb

Əfqanıstanın şimal-şərqində Bədəhşan vilayətində sətəlcəm simptomlarına oxşar xəstəlikdən 13 uşaq dünyasını dəyişib.

“TOLOnews”un məlumatına görə, bu barədə yerli hökumət nümayəndəsi bəyan edib.

“Son üç gündə Bədəhşan vilayətinin Yamgan mahalında 13 yeniyetmə sətəlcəmə oxşayan xəstəlikdən dünyalarını dəyişib”, - deyə məlumatda bildirilib.

Əfqan hökumətindən xəstəliyin səbəbi və Yamgandakı uşaqların ölümü ilə bağlı informasiya hələ verilməyib.

Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək bunun “2019-nCoV” koronavirus olduğunu bildiriblər. Son məlumatlara görə, Çində yeni növ koronavirusdan 563 nəfər ölüb. Bundan başqa1153 nəfər virusdan sağalıb, 28 018 nəfər isə ona yoluxub.(oxu.az)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »