Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün - sərmayə, sabah – iş yerləri!

Variant: «Suraxanı rayonuna investisiya cəlb edilməsi yüksək məvacibli iş yerlərinin yaradılmasına zəmanət verir».

Azərbaycan dinamik inkişaf edir, ildən ilə beynəlxalq iqtisadi reytinq cədvəllərindəki göstəricilərini yüksəldir. Ümumi daxili məhsuldan əldə olunmuş artım Azərbaycanda sosial standartları və yaşayış səviyyəsini yüksəltməyə imkan verir. Ancaq uğurlarımız bizi arxayın etməməlidir. Əksinə, daha böyük uğurlara nail olmaq və insanların həyatını yaxşılaşdırmaq üçün qollarımızı çırmayıb daha da çox çalışmalıyıq.

Suraxanı rayonunun inkişaf nöqtəsi ora investisiyanın cəlb edilməsidir. Bölgəmiz çox əlverişli mövqedə qərarlaşıb. Bir tərəfdən Suraxanı rayonu paytaxt Bakının və Azərbaycanın ən böyük biznes mərkəzinin bir hissəsidir. Digər tərəfdən, istənilən səviyyədə istehsalın təşkili üçün çox geniş sərbəst ərazimiz və yüksək ixtisaslı işçi qüvvəmiz var.

Bölgəmizin turizm - istirahət potensialını unutmaq olmaz. Şəhərətrafı otellərin, istirahət və inkişaf zonalarının yaradılması - bütün bunlar Suraxanı rayonuna xeyli məbləğdə investisiya cəlb edəcək və bölgədə çoxlu yeni iş yerləri açmağa imkan verəcək.

İnvestisiya cəlb etmək və iş yerləri yaratmaqda geniş təcrübəm var. Böyük müəssisələrin direktoru kimi fəaliyyət göstərdiyim dövrdə təkcə son illərdə bir çox iri obyektlər (otellər, kənd təsərrüfatı kompleksi, logistika və biznes mərkəzi və s.) inşa etmişik. Bu obyektlərin hər biri sadəcə bina deyil, işləyən biznesdir, daim insanlara qazanc gətirən, vergi və əmək haqqı yaradan bir işdir.

Mənim məqsədim Suraxanı rayonunda iqtisadiyyatın müxtəlif sahələri üzrə onlarla böyük müəssisələr yaratmaqdır. Bu müəssisələr bölgə sakinləri üçün layiqli əmək haqqı şərtlərini təklif edən işçi üçün mübarizə aparacaqlar.

İqtisadi artıma necə nail olmaq olar?

Mənim seçki platformamda bu suala cavab var.

Təklif edirəm:

1. Suraxanı rayonunun sosial-iqtisadi inkişafı proqramı hazırlansın.

Bu proqramın hazırlanması üçün Azərbaycanın ən yaxşı mütəxəssislərini, beynəlxalq ekspertləri cəlb etmək lazımdır. Yuxarıda qeyd etdiyim kimi, bir çox üstünlüklərimiz, güclü tərəflərimiz var. Sadəcə, onlardan düzgün istifadə etmək lazımdır.

2. Xarici investisiyalara çıxış imkanları artırılsın.

Parlamentdəki fəaliyyətimin istiqamətlərindən biri Suraxanı bölgəsinə xarici sərmayələrin cəlb edilməsini mümkün edən qanun layihəsinin hazırlanması olacaq.

3. Suraxanı bölgəsinə dövlət sərmayəsi cəlb edilsin.

Azərbaycan dövləti inkişaf etməkdə olan bölgələrə yardım etmək üçün böyük vəsait ayırır, lakin yerli hakimiyyət orqanları bu vəsaitlərin düzgün qaydada necə bölüşdürülməsini və onlardan tam istifadə edilməsini heç də həmişə bilmirlər. Suraxanı rayonundan deputatlığa namizəd kimi vəzifəmi investisiyadan istifadənin səmərəliliyini artırmaq üçün bizneslə, mərkəzi və yerli hakimiyyət orqanları arasında qarşılıqlı təsirli bir sistem yaratmaqda görürəm.

4. Nəqliyyat infrastrukturu məsələsini həll edilsin.

Yollar nə qədər yaxşı olarsa, ölkəyə bir o qədər çox pul gələr, bu iqtisadiyyat elminin aksiomasıdır. Ona görə də bizim vəzifəmiz bölgədəki yolları paytaxtın səviyyəsinə uyğun qurmaqdır.

Suraxanı rayonuna investisiya cəlb etməkdə son məqsəd yüksək əməkhaqqı təminatı verən iş yerlərinin yaradılmasıdır. Əmin olun ki, bu məqsədə də birgə işimizlə nail olacağıq!

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »