Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada azərbaycanlının qarnından çıxanlar həkimləri heyrətləndirdi - Foto

 Krasnoyarsk şəhərində yaşayan 40 yaşlı Telman Məmmədovun qarnından 6 kiloluq piy vəzi çıxarılıb.

Bizimyol.info Rusiya KİV-ə istinadən məlumat verir ki, Telman bir neçə il qarnının hansı səbəbdən şişdiyini anlaya bilməyib. Dəfələrlə qastroenteroloqa müraciət edib, USM müayinəsindən keçib, lakin heç bir problem aşkarlanmayıb.

Son aylar isə yemək yeyə bilmədiyinə görə əziyyət çəkən həmyerlimiz cərrah Stanislav Slabninə müraciət edib.

Telman Məmmədov

Kompyuter tomoqrafiyasından sonra məlum olub ki, telmanın qarın boşluğunda 6 kiloluq naməlum kütlə var. əvvəlcə bunun xərçəng şişi olduğu düşünülüb , lakin analizlər nəticəsində müəyyən olunub ki, bu əslində piy vəzidir . Həkim bildirib ki. belə lipomu ilk dəfə görüb. Telman Məmmədov hazırda özünü yaxşı hiss edir və evə buraxılıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »