Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Suraxanı Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sultanlı, E.Əhmədov və N.İzbullayevin avtomobillərindən oğurluq edən, əvvəllər məhkum olmuş Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Kamil Qəniyev tutulub.
K.Qəniyev saxlanılan zaman onun üzərindən 0,259 q metavitamin aşkar olunaraq götürülüb.(apa)