Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəd Azər Xudiyev: "İl yarıma istefa verəcəm" - Foto, Video

6-cı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyi qeydə alınmış Azər Xudiyevin, 2 fevral Gənclər günü ilə bağlı təşkil etdiyi növbəti görüş baş tutmuşdur.

Göygöl rayonunda təşkil olunmuş görüşdə, öz təşəbbüsü ilə rayonun gəncləri, ağsaqqalları və bir çox ziyalıları iştirak etmişdir. Seçicilərlə görüşdən əvvəl Azər Xudiyev, ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş və əkili qoyaraq xatirəsini yad etmişdir.

Daha sonra secicilərlə görüşə davam edən Azər Xudiyev rayon sakinlərinə öz platformasını təqdim etmişdir. Çıxışında rayondakı bir sıra problemlərə də toxunan Azər Xudiyev, bu problemlərin həlli istiqamətində addımlar atacağını söyləmişdir.

Digər namizədlərdən fərqli olaraq, Azər Xudiyevin çıxışı rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmış və öz alqışları ilə dəstəklərini bildirmişlər.

Bundan əlavə, Azər Xudiyevə dəstəklərini bildirmək məqsədi ilə Niyam Selami, Bahar Lətifqızı və digər yerli məşhurlar, həmçinin Göygöl rayon uşaqlardan ibarət "Bahar rəqs qrupu" iştirakı etmiş və onların ifaları ilə konsert proqramı baş tutmuşdur.

Sonda isə Azər Xudiyev seçicilərin xahiş və problemlərini dinləmiş və xatirə şəkilləri çəkdirmişdir.

Deputatlığa namizəd Azər Xudiyevin Göygöl rayonunda seçiciləriylə görüşünü təqdim edirik:

Məşhur müğənnilər Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, Bahar Lətifqızı və Dəniz Firudinlinin deputatlığa namizəd Azər Xudiyevə dəstək videolarını təqdim edirik:

Bizimyol.info

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
Son xəbərlər
Bütün xəbərlər »