Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Torpaqların qaytarılması müzakirə edilməsəydi, Azərbaycan danışıqlar masasına oturmazdı...”

Qarabağ münaqişəsinə dair danışıqlarda ərazilərin geri qaytarılması ilk günlərdən müzakirə olunur. Əks halda belə məsələ müzakirə olunmasaydı Azərbaycan danışıqlar masasına da oturmazdı.

Belə bəyanatla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan “Qarabağ dəyişikliklər astanasında. Xarici və daxili təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə çıxış edib. Əlavə edib ki, Bakı Cenevrədə ötən həftə aparılan iki günlük danışıqlardan və Bratislava danışıqlarından “məmnundur”.

Azerbaycan ermenistan XIN rehberleri hemsedrler

Qeyd edək ki, David Şahnazaryan hazırda Nikol Paşinyanın Qarabağ məsələsində əsas opponentlərindən biridir. İndiki Ermənistan hökuməti ətraf rayonların heç birinin qaytarılmayacağı haqda mesajlar versə də o əmindir ki, Paşinyan “torpaqları satmağa” hazırlaşır. Bu günlərdə Şahnazaryan Cenevrədə xarici işlər nazirləri arasında danışıqlarda “Şuşanın məsələsinin müzakirə olunduğunu” iddia etmişdi və bildirmişdi ki, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşadığı zonanın yaradılması da gündəmdədir.

D.Şahnazaryan bildirir ki, Ermənistan tam təcrid olunub: Minsk Qrupunun həmsədrləri və Bakı bir tərəfdədir, Yerevan digər tərəfdə. “Və günahkar dövlət kimi biz olacağıq, bütün bunları törədən Nikol Paşinyan deyil”,-o bildirib.(Virtualaz.org)

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »