Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronovirusla mübarizə aparan çinli həkimlərin görüntüləri heyrətləndirdi - Foto

Çindən dünyaya yayılan koronovirus bəlasının qarşısını almaq üçün gərgin iş gedir. Vuhan vilayətinin şəhərlərinin həkimləri bu mənada üzərinə ən çox məsuliyyət və yük düşən insanlardır.

Xəstəliyin yayılmaması və hər insan həyatı üçün mübarizə aparan qəhrəman həkimlər gün içində maskalarını və qoruyucu geyimlərini çıxara bilmədiklərinə görə, həm çox yorulur, həm də üzlərində geyimlərinin izləri yara buraxır.

Bizimyol.info-nun məlumatına görə, bunu əks etdirən şəkillərin sosial şəbəkədə yayılması ilə dünya ictimaiyyətində həm heyrət həm təqdir duyğuları yaradıb.

Çinli həkimlər

Çin mediasının məlumatına görə, dayanmadan işləyən tibb personalı elə xəstəxana koridorlarında yatır, tualetə getməyə vaxt tapmadıqları və hər dəfə qoruyucu libası soyunmamamq üçün böyüklər üçün olan tualet bezlərindən istifadə edirlər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »