Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik əməkdaşının 180 min manatını mənimsəyən bank işçisinin şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun barəsində olam hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, E.Məlikov bankda çalışarkən T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə 280 min manat, Mehman Allahverdiyevdən isə ümumilikdə 180 min manat alaraq, dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məlikov 8 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş M.Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.(apa)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »