Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya futbol üzrə dünya çempionatından uzaqlaşdırılır – İddia
2019-09-24_231148

Rusiyalı idmançıların dopinqdən istifadə etməsi zamanla onlara ciddi problemlər yaradır. Ayrılıqda cəza görürlər, üstəlik, olimpiya oyunlarında Rusiya komanda şəklində çıxışdan məhrum edilir.

Bizimyol.info xəbər verir ki, indi də qonşu ölkə milli komandasının futbol üzrə dünya çempionatından uzaqlaşdırılması iddiası ortaya atılıb. İddia “beIN SPORTS” ərəb telekanalından gəlib. Media orqanının məlumatına görə, Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya milli komandasını 2022-ci ildə Qətərdə keçirilməsi nəzərdə tutulan yarışa buraxmayacaq.

Ərəb jurnalistlər agentlikdəki mənbəyə güvəndiklərini deyirlər. Amma məsələnin təfərrüatı açıqlanmır. Rusiya tərəfi bu xəbərə görə çox qəzəblənib. Qonşu ölkə mətbuatında xəbəri yalan çıxaran çoxlu informasiyalar gözə dəyir. WADA susur. FİFA isə hələlik xəbəri təsdiq etməyə tələsmir.

Rusiya ilk zərbəni iki ay əvvəl almışdı. Şimal qonşumuz bütün böyük turnirlərdən, o cümlədən, olimpiya oyunlarından kənarlaşdırılmışdı. Amma onda hələ futbol üzrə dünya çempionatı ilə bağlı qəti qərar verilməmişdi. WADA-nın rəsmisi Conatan Teylor vacib sözlər demişdi. Onun bildirdiyinə görə, Rusiya Qətər turnirində böyük ehtimalla neytral statusla çıxış edəcək. Yəqin ki, neytral status deyəndə Rusiya adının işlədilməməsi, amma komanda halında iştirak nəzərdə tutulur.

Paylaş »
››› Etirazçılara zor tətbiq edən polislərə qarşı cinayət işi açıldı
››› Amerikalı professordan Paşinyana sərt cavab
››› Daha 5 məntəqənin seçki nəticələri ləğv edilib
››› “Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd
››› Ziya Məmmədova ağır itki üz verib
Son xəbərlər
Bütün xəbərlər »