İstanbulda qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar açıqlanıb.
İzmirdən gələn hava gəmisi sərt eniş etdiyi üçün zolaqdan çıxıb və bir neçə parçaya ayrılıb.
Hadisə zamanı partlayış və yanğın baş verməyib.
Təyyarədə olan 177 nəfər sərnişindən ölən olmayıb.
Yaralıların təxliyyəsi davam edir.
19:48
İzmirdən İstanbula uçan təyyarə qəzaya uğrayıb.
Hadisə “Sabiha Gökçen” hava limanında baş verib.
“Pegasus” şirkətinə məxsus təyyarə dəniz üzərindən hava limanına düşərkən eniş zolağından çıxıb.
Sərnişin təyyarəsinə böyük miqyasda zərər dəyib. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə xidmətinin əməkdaşları cəlb olunub.
İnsan tələfatı barəsində məlumat verilmir. (Oxu.az)