Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur geyim şirkəti Çində mağazalarını bağlayır - Foto

Koronavirus Çin iqtisadiyyatına zərbə vurmaqda davam edir. Böyük şirkətlər bir-bir buradakı bazarına son verir.

Bizimyol.info xəbər verir ki, “Adidas” Çindəki firma mağazalarının əksərini bağlamaq qərarına gəlib. Məşhur geyim şirkətinin bəyanatında səbəbin koronavirus olması gizlədilməyib. Amma “Adidas” konkret neçə mağazadan söhbət getdiyini açıqlamayıb.

Adidas Adidas

Geyim şirkətindən bildirirlər ki, yeni yayılan virus satış faizlərində kəskin fərq yaradıb. Hələlik “Adidas”ın nə qədər ziyan gördüyünü demək olmur. Lakin hiss olunur ki, şirkət böyük zərər görür və ya hadisələr buna doğru gedir.

“Adidas” keçən il Asiya bazarından əvvəlki illərə nisbətən iki dəfə çox qazanc götürmüşdü. Çində satış 16 faiz artmışdı.

Çin Milli Səhiyyə Komissiyasının son məlumatına görə, koronavirusa yoluxanların sayı 24 min 324 nəfərə çatıb. 490 halda ölüm qeydə alınıb.

Son xəbərlər
Bütün xəbərlər »