Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin saçı ağardı, Türkmənistanda təzə qadağa qüvvəyə mindi - Foto

Türkmənistanı həm də qadağalar ölkəsi adlandırmaq olar. Hakimiyyət hər imkandaca insanların azad seçim hüququnu məhdudlaşdırır və ya tamamilə onların əlindən alır.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda kişilər saçına rəng qoya bilməyəcək. Yerli icra orqanları bu məsələyə xüsusi nəzarət edəcək. Yəni saçı ağaran kişilər heç bir əlavə vasitə ilə bunu gizlətməməlidir.

Alternativ media yazır ki, qərara səbəb prezident Qurbanqulu Berdıməhəmmədovun saçlarının ağarmasıdır. Dövlət başçısı keçən yay xəstələnəndən sonra qara saçları rəngini sürətlə dəyişməyə başlayıb. Berdıməhəmmədov bunu gizlətməyə çalışmayıb. Ola bilər ki, ölümü ilə bağlı şayiələr tez qərar verməyə mane olub. Hər halda, prezidentin əlavə vasitələrə əl atmaması ölkədə başqa kişilərin də yolunu kəsir.

Qurbanqulu Berdıməhəmmədov Qurbanqulu Berdıməhəmmədov

Berdıməhəmmədovun bölgələrə səfəri zamanı bu məsələyə diqqət göstərməyə başlayıblar. Yəni görüşlərdə əsasən saçları ağarmış kişilər gözə dəyir.

Türkmənistanın dövlət başçısı əvvəllər həmişə saçına rəng qoyurdu. Türkmənlər onu azı 10 il belə imicdə görüb. 2018-ci ilin yayında situasiya dəyişdi. Yavaş-yavaş rəng qoyulmasına isti yanaşılmaması müşahidə edilməyə başladı.

Son xəbərlər
Bütün xəbərlər »