Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya məhkəməsi Zamirə Hacıyeva ilə bağlı qərarını verdi

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada "İzahedilməz Sərvət Sərəncamı"na qarşı verdiyi apellyasiya prosesini uduzub.

Z.Hacıyeva Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin bu sərəncamını qüvvədən salmağa çalışırdı.

Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin istintaqı nəticəsində məlum olub ki, Z.Hacıyevanın Londonun mərkəzindəki əmlakı 2009-cu ildə Virgin adalarında qeydə alınan şirkət tərəfindən 11,5 milyon funt sterlinqə satın alınıb.

Xatırladaq ki, 2018-ci ilin nobarında Z.Hacıyevanın Londonda həbs edilməsi barədə xəbər yayılmışdı. O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunmuşdu. Sonradan məhkəmənin qərarı ilə müəyyən ödəniş müqabilində zaminə buraxılıb. Bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır. (Trend.az)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »