Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Əsəd rejimi ilə bağlı Putinə xəbərdarlıq
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısını keçirilib.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxışı zamanı İdlibdə Türk əsgərinə qarşı hücumla bağlı məsələyə toxunaraq “Rejim əgər geri çəkilməsə, Türkiyə bu işi bilavasitə özü etmək məcburiyyətində qalacaq.” deyib.

R.T.Ərdoğan İdlibdəki hücumun Suriyada yeni bir dövrün başlanğıcı olduğunu və Türk əsgərinin qanının axdığı bir yerdə heç nəyin eyni şəkildə davam etməsinə imkan verməyəcəklərini vurğulayıb: “Necə ki anında həyata keçirdiyimiz əməliyyat ilə 76 nəfəri orada zərərsizləşdirdik. Çoxu var, azı yoxdur. Tərəflərdən biri əməl etməyəcəksə bu razılaşmalar niyə imzalanır?”

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Ərdoğan, “Əldə olunan razılaşmaların pozulması mənasına gələcək heç bir addıma göz yumulmayacaq. İdlibdən sərhədlərimizə doğru gələnlərin sayı 1 milyona yaxınlaşdı. Heç kimin belə bir yükü çiyinlərimizə yükləməyə haqqı yoxdur. Rejimin tezliklə müşahidə nöqtələrindən geri çəkilməsini dünən axşam Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığında bildirdim. Əgər rejim geri çəkilməsə, Türkiyə bu işi bilavasitə özü etmək məcburiyyətində qalacaq.” - deyə bildirib.

Bizimyol.info

Paylaş »
››› Həkim: "Sağ qalsam, bir azərbaycanlıya pulsuz xidmət etməyəcəm"
››› İş adamının jurnalistləri söyən qalmaqallı oğlu saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Tanınmış iqtisadçı İqtisadiyyat Nazirliyini "icazə sistemi"nə görə məhkəməyə verəcək
››› 2 polis zabiti koronavirsudan dünyasını dəyişdi
Son xəbərlər
Bütün xəbərlər »