"31 saylı Suraxanı ikinci seçki dairəsi ciddi nəzarətdə saxlanılacaq".
Bizimyol.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Səsvermə günü dairədə olan bütün prosesləri ciddi nəzarətdə saxlayacağıq", - MSK sədri əlavə edib.
M.Pənahov deyib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir: “Mehman Hüseynov MSK ilə yanaşı, Baş Prokurorluğa və Ombudsmana da müraciət edib. MSK, sadəcə, öz səlahiyyətləri çərçivəsində olan məsələlərə baxır. Əgər Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər”.
Xatırladaq ki, bu gün MSK-nın iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb və MSK F.Quliyevə xəbərdarlıq edib.