Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərmin Quliyevanın atası: "İki il əvvəl Altayla aramızda problemimiz olub"

Tovuzda ötən ilin noyabrında oğurlanan və bu ilin yanvarında yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev qızının qatilinin əslində Altay Ələkbərov adlı kənd sakini olması barədə YouTube-də yayılan səs yazısına münasibət bildirib.

O,  deyilənlərlə bağlı bunları bildirib: "O səs yazısında adı çəkilən Altay mənim qonşumdur. Videoda onun haqqında deyilən ittihamların doğru olub-olmaması haqda heç nə deyə bilmərəm. Məsələlərdən də xəbərsizəm. Yalnız onu deyə bilərəm ki, o adam bizə yaxın yaşayır, kənddə usta işləyir. Atası təqaüdçüdür, vaxtilə məktəbdə mənə dərs deyib. İki il bundan əvvəl Altayla aramızda problemimiz olub. O adam Kənddə mal-qara oğurlamışdı. Amma onu mənim üstümə atmaq istəyirdi, məni şərləməyə çalışırdı. Düzdür, o söhbətdən sonra biz barışdıq. Münasibətlərimiz də normaldır. Nərminin dəfninə gəlmişdi, hətta uşağın axtarışlarında da bizə kömək edirdi".

Ş.Quliyev onu da qeyd elədi ki, adıçəkilən şəxs evlidir, iki oğlu var: "Onunla təkcə qonşu yox, həm də qohumuq. Yoldaşı mənimlə, həm də həyat yoldaşımla qohumdur. Bəzi cəhətləri var, amma onun qızımın ölümündə əli var, ya yox, onu deyə bilmirəm. İnanın ki, mən də dünəndən şokdayam".(news24.az)

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »