Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kamboca Çindəki vətəndaşlarını və tələbələrini təxliyə etməyəcək

Kamboca Krallığının Baş Naziri Hun Sen Çin Xalq Respublikasına (ÇXR) səfərə gedib.

Bizimyol.info xəbər verir ki, Baş Nazir Hun Sen özünün "Facebook" səhifəsində səfər zamanı ÇXR Sədri Si Cinpin və Dövlət Şurasının Sədri (Baş Nazir) Li Keçyan ilə görüşəcəyini deyib.

O, koronavirusun yayılmasından sonra Çinə səfər edən ilk xarici dövlət rəhbəridir.

Hun Sen bundan başqa, koronavirusun yeni növünün aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətinin inzibati mərkəzi olan Uhan şəhərinə səfər edərək oradakı kambocalı tələbələrlə görüşməyi planlaşdırdığını yazıb. O, ölkəsinin Çinə dəstək olaraq hava əlaqəsini kəsməyəcəyini, Uhandakı vətəndaşlarını və tələbələrini təxliyə etməycəyini bildirib.

Çin rəsmi qurumları Kamboca Baş Nazirinin karantində olan Uhan şəhərinə səfəri barədə açıqlama verməyib.

Qed edək ki, Rusiya mətbuatı yaxın günlərdə  prezident Vladimir Putinin də Çin Xalq Respublikasına gedəcəyi barədə xəbər verib.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »