Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim koronovirusun necə müalicə olunduğunu açıqladı

Bizimyol.info-nun müsahibi hazırda Səudiyyə Ərəbistanında, “Məlik Fəth” xəstəxanasında fəaliyyət göstərən kordioloq Azər Mustafayevdir. Azər Mustafayevin Bizimyol.info-ya dediyinə görə, dünyanın qorxu ilə izlədiyi koronovisusun daha qorxunc forması Səudiyyə Ərəbistanında özünü göstərir.

Azər Mustafayev

“Səudiyyə Ərəbistanında da koronovirus var. Çindəki ştammla eyni olanı da var, olmayanı da. Koronovirusun insanların gözündə böyüdülməsinin əsas səbəblərindən biri budur ki, bu xəstəliyə yoluxma zamanı ölüm faktı çoxdur. Ərəbistanda ona əsasən dəvə ilə çox kontaktda olan adamlar tutulurlar. Dəvə südünü qaynatmadan içəndə koronavirusa yaxalanmaq mükündür.Koronovirusla bağlı yayılan qorxu ölüm fakltına görədir. Yoluxmadan çox az sonra ölüm baş verir. Yoluxma da, ölüm də çox sürətli olduğu üçün qorxu yayılıb. Böyrək çatışmazlığı verir, qara ciyəri zədələyir. Əsas ölüm səbəbi böyrək çatışmalığı səbəbindən olur”,- deyən həkim qeyd edib ki, zəif orqanizmə malik insanlar bu virusdan sağ qurtula bilmirlər.

“Qripə bənzəsə də qrip kimi deyil. Gözlər çirklənir, qəzarır, qızdırma,boğaz tutulması şikayətləri olur. Yoluxma mütləq ağır keçir, ölüm faizi 30 faiz təşkil edir. Çində yayılan koronovirus Səudiyyə Ərəbistanında rastlaşılan virusa nisbətdə daha az öldürücüdür.

Sağalma faktları var. Hamı ölmür. Sadəcə virus yaşlı və orqanizmi zəif insanları dah çox öldürür”,- deyə həkim bildirib. O həmçinin bu günə qədər koronovirusun hansı metodla müalicə olunması barədə də danışıb.

“Adətən müalicə üçün Tamiflu adlı preparat məsləhət görülür yazılır maye köçürülür. Güclü immunitetlə yanaşı, bədənin gücü xəstəliyə qalib gəlməkdə rol oynayır. Əsasən antivirus tabletlər və böyrək çatışmazlığına görə venaya fizioloji maye köçürməklə müalicə olunur”.

Xalq arasında sarımsaq, acı bibər, istiot kimi bitkilərdən istifadənin virusa yoluxmamaq üçün faydalı olacağını deyənlər var. Azər Mustafayevin fikrinə görə, bu kimi qoruma üsulları bu virusla mübarizədə işə yaramayacaq.

“Qorunmaq üçün qripli xəstələrdən uzaq qaçılmalıdır. Xəstələnən şəxs özünü izolə etməlidir. Sarımsaq, bibəır soyuqdəymədən qoruya bilər, virusdan yox.Xəstə insanlar ictimai nəqliyyata girməməlidir, girsə də maska ilə gəzməlidirlər. Deyilən türkəçarələr zökəmin müalicəsində yardımçı ola bilər, virusun müalicəsində yox. Bu virus hava damcı yolu ilə yayılır. Asqırıq öskürək, tüpürcək vasitəsilə 5-10 metrə yayıla bilər. Açıq havada yayılma arealı 2 metr təşkil edir.

İnfeksion nəzarət gücləndirilməlidir. Və biz burda onu edirik.Məsələn adi asqırma öskürmə ilə gələn xəstələri də xüsusi izolə edilmiş otaqlara yerləşdirilər. Mənfi təzyiqli otaqlara qoyulurlar. Bu otaqlar soyuq olur və havadakı infeksiyanı dərhal sorub aparır. Mənfi təzyiq olur. Bu otaqların girəcəyində xüsusi bir dənə də otaq olur. Daxil olan personal bu otaqda soyunub -geyinib xəstə ilə elə təmas qurur .Burda adi qripi də bu şəkildə müalicə edirlər.Bu kimi izolyasiya otaqları Azərbaycanda təəssüf k, yoxdur bizim Azərbaycandakı izolyasiya ilə burdakı eyni deyil. Azrbaycanda da izolyasiyalı otaqlar var. Amma o xüsusi təhlükəli infeksiyalar üçün nəzərdə tutulub”.

Azər Mustafayev qeyd edib ki, ümumiyyətlə 30 faiz kifayət qədər təhlükəli rəqəmdir:

“Tək-tək xəstəliklərdə ölüm faizi 30 faiz təşkil edir. Bu virus qısa müddətdə yoluxma və ölüm verir. Hətta SPİD belə, 30 faiz ölüm faizi vermir, və ən az 5-6 il sonra bu baş verir. Dəvə saxlanılan ölkələr üçün koronovirus nadir görünən hal deyil, amma yayılması da qrip kimi deyil. Biz olduğumuz ərazi Ərəbistanın soyuq zonasıdır, Məkkə tərəflərdə harda ki, dəvələr çox saxlanılır bu xəstəlik daha çox görülür. Çində yayılan ştammın Ərəbistandakından fərqi var. Ərəbistanda 3-4 qat çox ölüm faktı verir, lakin Çindəkinin yayılma sürəti daha çoxdur.Simtompları qrip kimidir. Qızdırma boğaz tutulması, göz çirkllənməsi, burun axma gözlərin sulamnması, ağ ciyər çatışmazlığı və böyrək çatışmazlığı ilə müşahidə olunur, buralarda adətən bronxitə çevrilir, Çində Pnevmoniyaya çevrilir. Sürətlə öldürür. Lakin 21 gün içərisində tamamilə sağalma mövcuddur və sağalan xəstələrdə başqa hansısa pozuntu qeydə alınmayıb”.

Son olaraq həkim qeyd edib ki, bu günə qədər inəklər, donuzlar və dəvələr də bu xəstəliyə yoluxma halı qeydə alınsa daonun heyvanları öğldürməsi barədə eşitməyib.

İlhamə Rəsulova

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »