Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş məhkum narkotiklə tutulub, etdiyi oğurluqları da etiraf edib

Astarada tutulan keçmiş məhkum etdiyi oğurluqları da etiraf edib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə narkotik vasitə heroin və əlavə olaraq narkotik vasitənin qəbulu üçün hazırlanmış bir ədəd şprisdə heroin məhlulu aşkarlanaraq götürülüb.

M.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi 2 oğurluq faktı da üzə çıxıb. Belə ki, saxlanılan şəxsin 2018-ci ildə Astara rayonunun Fətəlioba kəndində Z.Dadaşovaya məxsus həyətdəki tövlədən 1800 manat dəyərində balası ilə birlikdə bir baş inəyi və bu ilin fevral ayının 1-də Ərçivan qəsəbəsində yerləşən N.Əsədullayevaya məxsus yaşayış evindən su qızıdırıcısını, qaynaq aparatı dəstini, 2 ədəd mis qazanı, laqonda və burğu aparatını, həmçinin 5 ədəd ev quşunu oğurladığı müəyyən edilib. Oğurlanan əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› "İndi biz dinazovrın can verməsini müşahidə edirik"
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
››› “Paşinyan Əliyevdən öz seçki kampaniyasına dəstək xahiş edib”
››› Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir...
››› Bill Qeyts: “Dünya növbəti pandemiyaya hazır deyil”
››› Navalnının mənzilində axtarış aparıldı
Son xəbərlər
Bütün xəbərlər »