Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Suriya hakimiyyətinə vaxt qoydu

“Əgər fevral ayının sonuna kimi Suriya ordusu müşahidə məntəqələrimizdən geri çəkilməsə, Türkiyə bu işi şəxsən özü etmək məcburiyyətində qalacaq. Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da bunu bildirdim”.

NTV telekanalının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında deyib.

“2015-ci ildən etibarən Suriyadakı böhran tamamilə nəzarətdən çıxıb. Suriya hökuməti ilə 1998-ci ildə imzaladığımız “Adana razılaşması” Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar aparmaq haqqını tanıyır. Bu çərçivədə ilk olaraq 2016-cı ilin avqustunda “Fərat qalxanı” hərəkatını başlatdıq. 3 mindən çox İŞİD-çi zərərsizləşdirildi. “Fərat qalxanı” İŞİD-ə qarşı aparılan yeganə ciddi hərbi əməliyyatdır. İŞİD-in belini qırdıq. 2017-ci ildə Astana danışıqları başladı. 2018-ci ilin yanvar ayında “Zeytun budağı” hərəkatı nəticəsində Afrini terrorçulardan təmizlədik. Zərərsizləşdirilən terrorçuların sayı 4500-ə çatdı. İdlibdə hərbçilərimizə edilən hücum Türkiyə baxımından Suriyada yeni bir dövrün başlanğıcıdır”,- deyə Ərdoğan vurğulayıb. (apa)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »