Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus əleyhinə maddə tapılıb

Koronavirus əleyhinə maddə tapılıb.

Bu barədə AMEA-nın saytı  xəbər verir ki, Marburq Universitetinin alimləri Çində 2019-cu ilin dekabr ayının sonundan tüğyan edən, minlərlə insanın yoluxmasına, yüzlərlə insanın isə ölümünə səbəb olan koronavirus (2019-nCov) əleyhinə maddə tapıblar. CR-31-B adlı maddə virusun çoxalmasına mane olacaq.

“Antivirial Research” jurnalında dərc edilən məqalədə tədqiqat rəhbəri Kristin Müller izah edir ki, CR-31-B molekulu bitki əsaslı aktiv maddədir. Bu maddə Aglaia cinsindən olan mahaqani bitkilərindən əldə olunub və uzun illər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.

Tədqiqatın həmmüəllifi Arnold Grünvellerin sözlərinə görə, maddə birbaşa bitkidən əldə edildiyi üçün onu istehsal etmək çətindir. Bu aktiv maddə hüceyrələrdəki virus konsentrasiyasını azaldır və “Zika”, “Lassa”, “Krım-Konqo” viruslarına qarşı mübarizədə əlverişli hesab edilir.

Hazırda maddənin bir dərman olaraq təsdiqlənməsi üçün sınaqlar aparılır. Alimlər ümid edirlər ki, yaxın gələcəkdə CR-31-B molekulu koronavirusun müalicəsində təsdiqini tapacaq.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »