Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkənin Prezident modeli

İlham Əliyevin bəyan etdiyi inkişaf strategiyasında nələr var?

Fevralın 3-də Bakıda regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin iştirakı ilə keçirilən bu geniş tədbir bir sıra cəhətləri ilə əvvəlkilərdən fərqlənir. Doğrudur, burada yenə də əvvəlki illərin, eləcə də, 2019-cu ilin nəticələrinə nəzər yetirilib. Eyni zamanda növbəti illər üçün nəzərdə tutulan, planlaşdırlan işlərdən də danışılıb. Bu konfransın materiallarını araşdırdıqda, xüsusilə, Prezident İilham Əliyevin çıxışında qoyulan məsələlərə diqqət yetirdikdə bu konfransda bütövlükdə ölkənin, o cümlədən, regionların inkişafı strategiyasının konturları daha aydın və dəqiq cızılıb.

Əlbəttə ki, bütövlükdə ölkə üçün ən böyük nəticə kimi Prezident 2019-cu ildə də sabitliyin qorunub saxlanmasını vurğulayıb. Hər cür inkişafın yalnız sabit, yəni proqnozlaşdırıla bilən şəraitdə mümkünlüyünə diqqət çəkib. Əgər söhbət iqtisadiyyatdan, eləcə də, regionların inkişafına qoyulan sərmayələrdən gedirsə, dövlət də, sahibkar da, istehsalçı da, istehlakçı da önünü görməyi bacarmaq zorndadır. Qarşıda hansı imkanlar və hansı risqlər olduğunu görmədən hansısa addımlar atmaq olmur. Bir işi başlayanda, onun nəticəsini əvvəlcədən hesablamalı olursan. Həm pozitiv, həm neqativ faktorlar baxımından. Bu səbəbdən, əlbəttə, sabitliyin, əmin-amanlığın olması önəmlidir. Bu gün bütün dünyada, o cümlədən, Azərbaycan sərhədlərinin yaxınlığında etnik, dini, siyasi, hərbi qarşıdurmalar, kataklizmlər var. Dünyanın gözləri önündə bütöv ölkələr, bütöv iqtisadiyyatlar çökür. Humanitar fəlakətlər yaşanır. Azərbaycan da bu kataklizmləri öz müasir tarixinin bir dönəmində yaşayıb. Bu gün isə bütün bu mnaqişələrədən kənadadır. Belə bir şərait ona daha inamla, daha sürətlə və daha sistemli inkişaf etmək imkanı verib. Ancaq bu imkandan nə qədər istifadə olunub? Prezident İlham Əliyevin açıqladığı rəqəmlərdən bəlli olur ki, 2019-cu ildə iqtisadiyyat 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. O bu artımın səbəblərini belə izah edib: “Yaxşı nəticələrin əldə olunmasında keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Vergi və gömrük inzibatçılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi qeyri-neft sənayesində də özünü büruzə verir”.

Prezident deyir ki, ötən il 98 min yeni iş teri yaradılıb; iş yerlərinin açılması daimi proses olmalıdır; ölkədə demoqrafik artımı üstələməlidir. Yəni əhali artdıqca iş yerləri də çoxalmalıdr ki, işsizlik səviyyəsi artmasın. Prezident deyib ki, əldə olunan nəticələrdə özəl sektorun payı daha çoxdur. Ötən 2019-cu ildə ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu həm daxili, həm də xarici mənbələrdən qoyulan sərmayələrdir. Burada da özəl sektora qoyulan sərmayələrin artmasına diqqət cəlb edilib. Prezident Azərbaycanın sərmayə qoyuluşu üçün cəlbedici olduğunu deyib. Bu baxımdan, özünün Davos İqtisadi Forumunda iştirakını, xarici şirkətlərin Azərbaycana marağını, xarici şirkətlərlə imzalanan müqavilələri önə çəkib. Prezident bunun səbəbləri olaraq makroiqtisadi vəziyyətin tam sabit olmasını, inflyasiyanın cəmi 2,5 faiz, əhalinin gəlirlərinin artımının isə 7,4 faiz təşkil etməsini göstərir. Valyuta ehtiyatlarının 6,4 milyard dollar artımını son illərin rekord göstəricisi kimi qiymətləndirir. Azərbaycanın valyuta ehtiyatlarının artıq 52 milyard dollara çatdığını, təkcə 2020-ci ilin yanvar ayında 1 milyard dollar artdığını əsas gətirir. Onun fikrincı, böyük valyuta ehtiyatları “Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edir”.

Ötən 2029-cu ildə Prezidentin fərman və sərəncamları ilə çox böyük sosial müdafiə tədbirləri paketi qəbul olunması da sosial sabitliyn təmin olunması kimi izah edilir. Prezident İlham Əliyevin də çıxışında vurğulanıb ki, ötən il “4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırılıb, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb, hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir, müavinətlər 50 faizdən 2 dəfəyə də yüksəldilib” və sair. Bütün bunlarla Prezident demək istəyib ki, həm iqtisadi-maliyyə, həm siyasi, həm sosial sabitlik yaranıb. Prezidentin misal gətirdiyi inkişaf göstəricilərinin də bu faktorlara əsaslanaraq əldə olunduğu vurğulanır.

Ancaq əldə olunan nəticələrlə yanaşı bundan sonra gedilmıli olan yola nəzər salınması da çox diqqət çəkir. Bir zamanlar ölkə rəhbərliyi daha çox nədə tənqid olunurdu? Deyilirdi ki, bank faizləri çox yüksəkdir, kiçik və orta sahibkarlığa, ölkədə yerli istehsalın inkişafına şərait yaradılmır. İlham Əliyev öz çıxışında bunu xüsusi qeyd edib ki, bankların güzəştli kredit portfelləri artmalıdır, bu portfeldə kiçik və orta sahibkarlığa dahja çox diqqət verilməlidir. İstehlaka deyil, istehsal sahələrinı daha çox və güzəştli şərtlərlə kreditlər ayrılmalıdır. Bunlar Prezidentin sözləridir. Hətta o, bu şərtlərə əməl etməyən bankların lisenziyalarının ləğv ediləcəyini də deyib. Milli sənayenin, o cümlədən, emal sənayesinin inkiçafına xüsusi önəm verilməsini tapşırıb. Bunlar sahibkarları daha çox narahat edən məsələlərdir. Bəzən deyirlər, ölkə sanki böyük bir bazarı xatırladır; hamı nəsə alır, nəsə satır. Bu gün Azərbaycan sahbkarlarının, tacirlərinin Çin Xalq Respublikası ilə işləyən nümayəndələri, yaxud özləri böyük risq altına düşüb. Çünki ordan daha ucuz mallar gətirib burada satmaqla gəlir əldə etməyə çalışırlar, Avropadan isə baha başa gəlir və sərfəli olmur. Bəs bütün bu malları Azərbaycanın özündə istehsal etmək necə olar?! Prezidentin verdiyi istiqamət belədir. Öz tələbatımızı ödəmək üçün öz sənayemizi dirçəltmək, olmayan sahələri də yaratmaq. İş yerləri də çoxalacaq, öz istehsalçılarımızın vergiləri hesabına büdcəmiz də böyüyəcək, valyutamız da xaricə axmayacaq. Prezident SOCAR Polymer zavodunun istifadəyə verilməsini misal kimi gətirib: “İndi polimerlər xaricə ixrac olunur. Biz özümüz burada klasterləri yaratmalıyıq. Polimerdən məhsullar Azərbaycanda istehsal olunmalı, pul ölkəmizdə qalmalıdır” deyib.

Əlbəttə, idxal həmişə olub və olacaq. ABŞ kimi dövlətlər, Avropa dövlətləri də, elə həmin Çin də başqa ölkələrdən mal və məhsul idxal edir. Ancaq bunu ölkənin iqtisadi təhlükəsizliyinə təhdid olmayacaq həddə qədər endirmək lazımdır. Bunun da yolu yenə də yerli sahibkarlığın inkişafından keçir. Ötən illərdə dövlət sahibkarlığın inkişafına 2 milyard manatdan çox vəsait ayırıb. Yenə də 200 milyon manatdam çox güzəştli kreditlər veriləcəyi nəzərdə tutulub. Prezident deyib ki, verilən bu kreditlərə nəzarət gücləndirilməlidir, biznes layihələrinə yenidən baxmaq lazımdır. O deyib ki, daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Ancaq bunun şərti olaraq sahibkarları dürüst işlıməyə, vergilərdən yayınmamağa çağırıb. Prezident öz məmurlarına müraciətlə deyib: “Daha şüarlar, hansısa bəyanatlar lazım deyil. Açıq söhbət olmalıdır, problem nədir, həlli yolu nədir sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, o, harada pozuntulara yol verir, dostcasına desin ki, “get bunu düzəlt, bax, son dəfə sənə deyirəm, düzəltməsən, onda özündən küs”. Bu gün burada, bax, bu məsələlər müzakirə olunmalıdır. Elə etməliyik ki, 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi - bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq, bəziləri göz yumurdular, sövdələşirdilər. Daha bu dövr bitdi. Mən sizə bunu deyirəm, qurtardı. Ona görə mən dediyim kimi işləməlisiniz, vəssalam”.

Bu konfransda Prezidenti çıxışından çıxarılan əsas nəticələr bunlar oldu: əvvəla, o, köhnə dövrün artıq bitdiyini, yeni inkişaf mərhələsinin başlandığını dedi. İkincisi, bu yeni dövrdə əsas istiqamətləri göstərdi (sabitliyin qorunmasından tutmuş kiçik və orta sahibkarlılğın daha çox dəstəklənmsinə qədər), üşüncüsü, dövlət məmurlarına sonuncu dəfə:

“Sahibkarların yolundan çəkilin” xəbərdarlığını etdi. Sahibkarlığın inkişafını dövlətin möhkəmləndirilməsinin başlıca yolu kimi göstərdi. Artıq istər vergidən yayınan, qanunsuzluqlara yol verən sahibkarlar, istərsə də, sahibkarlığı boğmağa çalışan məmurları Azərbaycan dövlətinin güclənməsinin qarşısını alan, hətta zəifləməsinə səbəb olan adamlar kimi qəbul edləcək və bunun cəzası da ağır olacaq. Prezident ona görə öz xəbərdarlığını: “Mən dediyim kimi işləməlisiniz, vəssalam” formasında - ən kəskin və qəti formada etdi. Artıq bundan sonra dövlət öz strukturları, cəmiyyət isə media başda olmaqla ictimai strukturlar vasitəsilə gedən proseslərə daha güclü və ardıcıl nəzarət etməli olacaq. Hərhalda Prezidenti son çıxışının əsas tezislərindən biri də budur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »