Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəddən qalmaqallı görüş barədə açıqlama

Azərbaycanda növbədənkənar parlament seçkiləri yaxınlaşır. Qeydə alınmış namizədlər Milli Məclisinə seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.

“Meydan.tv”də 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizəd Tahir Mirkişilinin “Stansiya Sumqayıt”-da seçicilərlə görüşündən reportaj hazırlayıb. Reportajda bildirilib ki, YAP-ın deputatlığa namizədi Tahir Mirkişili ilə görüşə gətirilən müəllimələri sakinlər zaldan çıxarıblar.

Tahir Mirkisili

Reportajda qeyd olunan iddialarla bağlı Tahir Mirkişili Bizimyol.info-ya açıqlamasında bildirib ki, görüşə “müəllim” deyilən şəxsləri təxribatçıların özləri gətiriblər: ““Sumqayıt Stansiyası” deyilən ərazidə seçicilər ilə görüşdük. Bəzi qüvvələrin uğursuz təxribat cəhdlərinə-özləri ilə adam gətirib “müəllim” kimi müsahibə götürmək, kənardan adam gətirib sual vermək, bizim çıxışı verməməyə baxmayaraq sakinlər ilə səmimi dialoq apardıq. Jurnalistə bütün görüşü tam çəkməyə imkan versək də, tam videonu yaymağa cəsarətləri çatmadı, amma biz bütün bu təxribatçıların cavabını öz işimizlə verdik. Daha güclü Azərbaycanın qarşısından qaçıb getdilər. İctimai hesabat, seçildiyimiz təqdirdə görə biləcəyimiz işlər barədə məlumat verdik. Sakinlərin problem və təkliflərin dinlədik. Bu əraziyə qəsəbə statusunun verilməsi əsas hədəflərimizdən biridir”.

T.Mirkişili görüşdə 16 nəfər çıxış edib: “Görüşdə hər kəslə səmimi dialoqumuz olub. Amma əvvəlcədən öyrədilmiş 2 nəfərin çıxışını veriblər. Məncə hər şey normaldır, bu qüvvələr öz niyyətinə nail ola bilməyəcəklər”.

Ramid İbrahimov

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »