Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Psixoloq: Həyatımızda baş verən hər şey özümüzə təlqin etdiklərimizdir, qorxularınızdan qaçmayın

Hər axşam işdən yorğun gəlib xəbərləri dinləyəndə ilk həyəcanla gözlədiyuimiz xəbər koronovirus qurbanları barədə verilən informasiyadır. Qorxa - qorxa izləyirik dünyanı çulğalamış gözəgörünməz qatilin əməllərini. O qədər qorxuruq ki, nə Suriyada atılan roketlər, nə bombalar altında inləyən həyatlar yadımıza düşür. Gündəm koronovirusdur. Psixoloq Fariq Məmmədov deyir ki, qorxu özü virus qədər bulaşıcıdır dəhşətlidir.

Bizimyol.info-nun müsahibi psixoloq Fariq Məmmədovdur.

Fariq Məmmədov

- Fariq bəy, qorxunun insana faydası varmı?

-Həyat bizi davamlı olaraq qorxacağımız şeylərlə üzləşdirir. Qorxu həyatda qalmağın ən təməl duyğularından biridir. Bizi ayıq-sayıq olmağa, özümüzü qorumağa məcbur edir. Amma qorxularımızdan qaçarsaq və həmişə qorxularımızla yaşayarasaq, həyat keyfiyyətini itirərik. Bu bizi qayğılı, huzursuz, vəsəvəsəli biri edər. Qorxuların üzərinə gedərək onlarla üzləşmək və problemi həll etməyə çalışmaq insanı gücləndirir. Qorxunun hardan gəldiyini, qorxu səbəbimizin qaynağını öyrənmək özünüzə edilən bir yolçuluqdur və özünüzü daha dərindən tanımış olacaqsınız. Qorxularınızı sevmək məcburiyyətində deyilsiniz, amma onları bilib, tanımaqla nəzarət edə bilərsiniz. Qorxuları ilə üzləşib daha güclü bir insan olmamaq demək olar ki imkansızdır.

Qorxunu tibbi, sosialoji, psixoloji formada analiz etmək olar. Amma psixoloji formada qorxu insanın duyğusal, emosianal hisslərinə təsir edir. Yəni bu gün hər hansısa bir virus aşkar olunubsa bunda insan ölümlərinin sayının artmasının 90%- ı elə məhz insanların özlərindən yaranıb. Yəni qorxunun bədəndə yaratdığı təzyiqin yayılan virusun onlara tərəf gəlməsini gücləndirir. Bir qorxu bir xəstəlik nə qədər beyində düşünülərsə, imgələnərsə onda bunun insanda yaranması ehtimalı da böyüyür. Psixoloji formada hər hansı bir xəstəliyi beyində öldürmək bədəndə yox olması deməkdir. Bəlkə də bu bir siyasi təbliğatdı, gündəmdə olma və ya nəsə bir oyundur. Əgər bu qorxu inanılmağa davam edərsə sonu əlbəttə çox pis olar və başqa ölkələrə də düşüncələrin gücü vasitəsi ilə ötürülə bilər.

Amma insane yaşadığı stressin faydası toxuna bilir. Təbii ki, stressin ziyanları da çoxdur, ama faydaları da var. Məsələn insan yüngül stressdə olanda daha efektli iş görür. Amabunu güclü qorxuya çevirmək olmaz. Xəstəliklərin bir çoxu qorxudan yaranır. Ürək, qan dammar xəstəlikləri, psixoloji problemlər, paranoya, allustrasiya və başqalarını qeyd edə bilərəm.

Psixoloji əhval-ruhiyyə yoluxucudur

- İndi yaranmış bu kütləvi stress işə şövq etməkdən çox ölüm qorxusu yaradır. Yeri gəlmişkən ölüm qorxusu barədə də bir neçə kəlmə eşitmək istərdik...

-Ölüm qorxusu daha çox gərgin insanlarda çox görünür . Yəni hərəkətlərində düşüncələrində bir məna tapa bilməyən insanlar daha çox fikirləşir bunu. Həyatda hər hansı bir şeylər etməmiş və etməkdən qorxan insanlar ölümdən də qorxurlar. İstədikləri şeyi etməyə bacarıqları çatmadığl halda bu yaşamdan heçnəsiz köçəcəkləridən qorxurlar. Tolstoy deyirdi “əgər bir şeylər arzulayırsansa və onların həyata keçməyini istəyirsənsə o həyata keçməsə onda ölümdən qorxarsan”. Yəni heç vaxt ölməməyin üçün dua edərsən. Həyat elə çətin bir yoldur ki, bəzən gedə bilməyib ölməyi düşünərsən. Dahilər, filosoflar, elm adamları ölüm qorxusu adətən belə insanlar arasında çox olur. Sərsəri, səfil inlardan ölümdən qorxmaz. Çünki, etmək istədikləri, nələrisə başarmaq həvəsi onlarda yoxdur, ona görə ölüm onlar üçün sadəcə mənasız bir şeydir. Əgər ölməkdən qorxurmansa daha acımasız olursan.

- Bir zamanlar özünütəqlinlə müalicə üsulları dəbdə idi. Özünü təlqinlə sağalmaq mümkün olduğu kimi, xəstələnmək də mümkündür. Bilməyənlərə təlqin barəsində bir qədər məlumat verməyinizi istərdik.

-Özünü təlqin insan həyatının ən böyük pontansialını ortaya çıxarmağa malik bir prosesdir. Təlqin insanların yaşam tiplərimə görə dəyişir. Kimi insan uğur üçün, kimisi sevgi, sağlamlıq və.s şeylər üçün təlqin edir. Biz istəsəkdə istəməsəkdə beynimizdə hər saniyə qeyri ixtiyari təlqinlər gedir. Təqin bir işə yönəlmə, bir şeyləri etmə, özümüzdə asılı olmayaraq öyrəşdiyimiz vərdişlərə görə təlqin yaranır. Dünyanın ən bacarıqsız, ən aciz insanı təqin vasitəsi ilə bir dahi, bir böyük insan ola bilər. Təlqinlər bizim genetik kodlarımızla da ötürülür. Yəni, əgər valideynlərimizdə biz olmamışdan qabaq etdiyi təlqinlər, etdiyi hərəkətlər biz təlqin etsək də etməsək də həyatımızda cərəyan edir. Səbəb də budur ki, artıq beyin bu vərdişlərə birbaşa təsir edir. Artıq onu təlqin etməyə imgələməyə, şüuraltına yeritməyə ehtiyac yoxdur. Əslində hər bir hərəkət bizim düşüncələrimizin bəhrəsidir. Düşüncə maddədir. Təlqin isə düşüncələrə motivasiya verən onları formalaşdırandır. İnsan bütün günü düşündüklərinin bəhrəsini görür. 20 il sonra üçündə təlqinlər mümükündü. Adətən bir təlqinin bir imgələmənin 21 gün ərzində hyata keçdiyi bilinir. Əgər gün ərzində bir şeylər düşünməsək belə beynimiz müxtəlif düşüncələr ortaya çıxardacaq və onun əsasında hərəkət edəcəyik. Məsəlçün deyək ki, siz gecə yuxuda belə (ən güclü təlqin yuxuda və yuxulu vəziyyətdə olur) istədiyiniz etməyi arzuladığınız şeyi dəfələrlə düşünür və canlandırırsınlz bunun həyata keçməyi 99% ola bilər. Əgər doğurdan da düşündüyünüz, xəyal etdiyiniz şeyə inanırsınızsa, “bu mənin həyatımın ən böyük istəyidir” deyirsinizsə, o həyata keçməyə bilməz, əgər keçmirsə deməli özünüzü aldadırsınız, yəni olmağını o qədərdə çox istımirsiniz. Həyatınıza nəzər salın, görün həyatınızda 5 il əvvəldən indiyə kimi nələr olub. Və inanın mənə həyatınızda olanların 90%- i siz düşündükləriniz və olmağını istəməsəniz də məcburu təlqin vasitəsi ilə olub. Cərəyan edən hər bir şey “düşüncənin və təlqinin bəhrəsidir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »