Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pelosi Trampın Konqresdəki çıxışının mətnini nümayişkaranə şəkildə cırıb

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampın ABŞ Konqresindəki “Ölkənin vəziyyəti haqqında” illik müraciəti ilə etdiyi nitqdən sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb.

“TASS” agentliyi xəbər verir ki, Tramp çıxışının bir nüsxəsini nitqindən bir neçə dəqiqə əvvəl Pelosiyə təhvil verib.

Bu vaxt spiker prezidentə əl uzatsa da, prezident onun əlini sıxmayıb və geri çevrilərək tribunadakı yerini tutub. Öz növbəsində Pelosi bir neçə dəqiqə sonra Trampı millət vəkillərinə təqdim edərək, quru şəkildə deyib: “Konqres üzvləri, ABŞ Prezidenti”. Tramp da bunun cavabında “prezidenti təmsil etməyin böyük şərəf və imtiyaz” olmasını ifadə edən ənənəvi sözləri işlətməyib.

Tramp nitqini başa çatdırdıqdan sonra onun arxasında olan Pelosi sənədləri masadan götürərək cırıb.

“Mümkün alternativləri nəzərə alsaq, bu, yerinədüşən oldu”, - deyə N.Pelosi sonradan jurnalistlərə hərəkətlərinin səbəbini izah edərkən bildirib.

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »