Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qar uçqunu nəticəsində 5 nəfər ölüb, 7 nəfər xilas edilib

Türkiyənin Van vilayətinin Bağçasaray bölgəsində qartəmizləyən texnikanın və mikroavtobusun qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, ümumilikdə 7 nəfər xilas olunub.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Van vilayətinin valisi Mehmet Emin Bilməz məlumat verib.

Onun sözlərinə görə, ərazidə xilasedicilər gecə boyu axtarışlar aparıb. Yerli sakinlər də bu işdə onlara köməklik göstərib: “Hazırda 5 vətəndaşımız həyatını itirib, sağ çıxarılan 7 yaralımız da var. Daha 2 nəfərin də qar uçqunu altında qaldığını düşünürük. Bölgədə işlər davam etdirilir”.

Yaralı halda mikroavtobusdan çıxarılanlar xəstəxanaya yerləşdirilib.

Hazırda xilasetmə işləri davam etdirilir. Gecə boyu yağan qar təkrar uçqunun ola biləcəyi təhlükəsini artırıb. (apa)

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
Son xəbərlər
Bütün xəbərlər »