Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada koronavirusa yoluxanların sayı 20,6 mini keçib

Dünyada yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı 20,6 min nəfəri keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

ÜST-ün məlumatına görə, fevralın 4-də Çində 2019-nCov virusuna yoluxma halı 20 471 nəfərdə qeydə alınıb. Daha 23 214 nəfərdə isə koronavirus şübhəsi aşkarlanıb. 2788 xəstə hazırda ağır vəziyyətdədir. Ümumilikdə, xəstəlik nəticəsində 425 nəfər, əsasən bir və ya iki xroniki xəstəliyi olan yaşlı insanlar ölüb. Eyni zamanda, 680-dən çox insan bu virusdan xilas olub.

Çindən kənarda 24 ölkədə 176 nəfər koronavirusa yoluxub: Tailand (25), Sinqapur (24), Yaponiya (21), Cənubi Koreya (16), Avstraliya (13), Almaniya (12), ABŞ (11), Malayziya (10), Vyetnam (10), Fransa (6), BƏƏ (5), Kanada (4), Hindistan (3), Filippin (3), Filippin (2), İtaliya (2), Rusiya (2), Böyük Britaniya (2), Kamboca (1), Nepal (1), Şri-Lanka (1), Belçika (1), Finlandiya (1), İspaniya (1) və İsveçdə (1) artıq bu xəstəliyin daşıyıcıları var.

Çindən kənarda yeganə ölüm hadisəsi Filippində qeydə alınıb. (Apa.az)

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »