Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
20 min avro yeyən keçini kabab etdilər
avro

Serbiyanın paytaxtı Belqraddan 80 kilometr cənubda yerləşən Raniloviç kəndində qəribə hadisə baş verib.

“Arqumentı i Faktı” xəbər verir ki, Simiç ailəsinin torpaq almaq üçün yığdıqğı 20 min avronu keçi yeyib.

Pulu masanın üzərində saxlayan ev yiyəsi heyvanlara yem vermək üçün tövləyə gedib. Evin qapısının açıq olduğunu görən Belka adlı keçi evə girərək, masanın üstündəki pulları yeməyə başlayıb.

Evin yiyəsi bundan xəbər tutduqda artıq gec olub, çünki keçinin “məharətindən” sonra masada yalnız 300 avro pul qalıb.

Böyük məbləğdə pulunu itirən ev sahibi keçini şişdə qızardaraq ailə üzvləri ilə birlikdə yeyib.

Bəlkə də bu, onun həyatında yediyi ən bahalı ət olub. (Oxu.az)

Paylaş »
››› “40 yaşlı xəstəmizi itirdik, artıq yaşa baxmır” - Video
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› “Bu templə karantin rejimi heç payızda da bitməyəcək” - Həkim
››› Sərtləşdirilmiş karantin rejimini pozmağa görə cərimə olunanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »