Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bişirdiyi yeməyi bəyənməyən ərini öldürdü

Rusiyanın Arxangelsk vilayətindəki Koryajma şəhərində qeyri-adi qətl hadisəsi baş verib. Qeyri-adilik hadisənin motivindədir.

Bizimyol.info xəbər verir ki, 52 yaşlı qadın ərini bişirdiyi yeməyi bəyənmədiyinə görə öldürüb. Onun qonaqların qarşısında tənqid olunmaq xoşuna gəlməyib. Hərçənd, ilk zərbəni əri vurub. Kişi əlinin arxasıyla onun dodağına zərbə endirib. Qadın özündən çıxıb, əlinə keçən bıçağı həyat yoldaşının ürəyinə sancıb. 54 yaşlı kişini xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

İndi qadını 15 il azadlıqdan məhrumetmə cəzası gözləyiri. Uyğun yeməyi bişirmədiyinə görə tənqid edilən qadın azacıq səbirli ola bilməməsinin cəzasını çəkəcək.

Son xəbərlər
Bütün xəbərlər »