Çin koronavirusla mübarizə üçün bütün mümkün metodlardan istifadə edir. “Twitter”də paylaşılan videolardan dəhşətə gəlməmək olmur.
Bizimyol.info xəbər verir ki, Çinin Hubey vilayətində donuzları diri-diri yandırmağa başlayıblar. Videolarda proses açıq-aşkar görünür. Heyvanları əvvəlcə quyuya tullayırlar. Sonra traktor hazır qalanmış odu onların üzərinə atır.
Çində hesab edirlər ki, donuzlar koronavirusun sürətlə yayılmasına təkan verir. Dünən yayılan başqa videoda ev quşlarının kütləvi məhv edilməsi yer almışdı.
“Twitter”də paylaşılan iki videoda insanlar üçün idman zallarında yer ayrılması nəzərə çarpır. Xəstəxanalarda yer qalmadığından, Hubey icra orqanları belə addım atmağa məcburdur. Böyük idman zallarında xüsusi ardıcıllıqla minlərlə çarpayı düzülüb. İşçilər yataqları qaydasına salır. Hamı maska taxıb.