Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynada rəsmi səfər zamanı işlətdiyi ifadə Rusiyanı qıcıqlandırıb. Qonşu ölkə mətbuatında bundan çox yazırlar.
Bizimyol.info xəbər verir ki, Ərdoğanın əsgərlərə müraciətlə “Slava Ukraine” (Ukraynaya eşq olsun) deməsi rusları qəzəbləndirib. Rusiya mətbuatında Türkiyə prezidentindən açıq-aşkar hesab sorurlar.
Ruslar bu ifadəyə görə niyə özündən çıxıb? Çünki “Slave Ukraine” Ukrayna milliyyətçilərinin sevə-sevə işlətdiyi ifadədir. Rusiya mətbuatı Ərdoğanın nəyə işarə vurduğunu soruşur. Türkiyə dövlət başçısı cavabdan qaçmayıb: “Bu, Ukraynada rəsmi salamlaşmadır. Ukrayna müstəqil dövlət deyil məgər? Ukraynaya rəsmi səfərlə gələn hər prezident bu ifadəni işlədir. Məsələn, Türkiyəyə gələnlər “Merhaba, Asker!” deyirlər”.
Ərdoğanın salamlaşmasına əsgərlər “Qeroyam slava” (Qəhrəmanlara eşq olsun) deyə cavab vermişdi.
“Slava Ukraine” Ukrayna milliyyətçilərinin sevdiyi şüar olsa da, keçmiş prezident Pyotr Poroşenko 2018-ci ildə buna rəsmi status vermişdi.