Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə Tusi küçəsinin sakinləri ilə bir daha görüşdü
Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Tusi 49 ünvanında yaşayan seçicilərlə görüşüb. Soyuq hava şəraitinə baxmayaraq açıq fəzada keçirilən görüşdə izdiham yaşanıb.

İ. Ağazadə çıxış edərək ölkə vətəndaşlarının bir çox problemlərini dilə gətirib, onların həll yollarının vacibliyini vurğulayıb: "Biz istəyirik ki, gənc nəsillərimiz, körpə balalarımız sağlam böyüsün. İnsanlar ehtiyac içərisində yaşamasın. Hər bir hökumət məmuru xalqın xidmətində dayanmalıdır".

Seçkidə saxtakarlıq edə biləcək şəxslərə müraciətlə İ. Ağazadə bildirib: "Üzümü komissiya üzvlərinə tuturam. Sizi allahınız, kitabımız, vicdanınız, namusunuz və şərəfiniz adına and verirəm ki, saxtakarlıq etməyin, bu millətin halal səsinə haram qatmayın. Allah bütün günahları bağışlayar, bircə qul haqqından başqa. Kimsənin, Ananın, atanın, körpənin haqqına girib günaha batmayın. Düşünməyin ki, bunu mandata görə deyirəm, bunu sizlərin çirkaba bulaşmamanız üçün deyirəm. Biz onsuz da seçicinin haqqını qorumağı bacarırıq".

Görüşə qatılan seçicilər İ. Ağazadəni əmin ediblər ki, mütləq seçkiyə qatılacaq və məhz ona səs verəcəklər.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »