Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya xarici diplomatları ölkədən buraxmır

Şimali Koreyadan həmişə qəribə xəbərlər gəlir. Asiya dövləti bu dəfə xarici diplomatlara ölkədən çıxmağa imkan vermir.

Bizimyol.info xəbər verir ki, rəsmi Pxenyan qərarı koronavirusla bağlayır. Şimali Koreya diplomatik korpusun yeni nümayəndələrinin ölkəyə gəlişinə də qadağa tətbiq edib.

Məlumatı Rusiyanın Şimali Koreyadakı səfirliyi yayıb. KXDR xarici diplomatlara karantində olan insanlarla təmasdan qaçmağı da tövsiyə edir.

Şimali Koreya rəsmi olaraq ölkədə heç kimin koronavirusa yoluxmadığını bildirir. Amma qonşu Cənubi Koreyada belə düşünmürlər. Hiss olunur ki, rəsmi Pxenyan çox narahatdır. Böyük ehtimalla, Şimali Koreyada da virus aşkarlanıb. Çünki ölkəyə turistlər yalnız bir marşrut üzrə - Çindən gəlir. Hər il təkcə 350 çinli turist KXDR-ə səfər edir.

Bu dəqiqələrə olan məlumata görə, dünyada 20,6 min nəfər koronavirusa yoluxub.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »