Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində küçəyə maskasız çıxanları döyürlər - Video

Koronavirusun yayılma sürəti xeyli artıb. Çində ölənlərin sayı 500-ü keçib. Filippinin ardınca Honkonqda da həyatını itirən var.

Bizimyol.info xəbər verir ki, Belçikada da koronavirus aşkar edilib. Çində isə vəziyyət lap pisləşib. Küçəyə maskasız çıxanları döyürlər. Sosial şəbəkələrdə yayılan videolarda aşkar görünür. Metroda, supermarketdə, ümumiyyətlə, ictimai yerlərdə maskasız görünənlər fiziki təzyiqə məruz qalır. Əsasən polislər həmin adamları tutub aparmağa çalışır. Kadrlardan birində maskasız şəxsin qandalla ağaca bağlandığı gözə dəyir. Amma sıravi adamlar da biganə deyil. Bir kadrda maskasız gəzən qıza kənardakılar hücum edir.

Maskasız qadınlardan birinin döyülməsi isə sosial şəbəkələrdə daha çox müzakirə edilir. Qadın mümkün qədər müdafiə olunmağa çalışır. Amma xüsusi ağ geyimli kişi onun sifətinə ardıcıl zərbələr endirir. Qadını heç kim müdafiə etmir.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »