Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya mediası: Koronavirus Azərbaycan xiyarının qiymətini qaldırıb

Rusiya tərəvəz bazarında Azərbaycan məhsullarının payı böyükdür. Rusiya mediasının yazdığına görə, koronavirus bu ölkədə Azərbaycan xiyarının qiymətini qaldırıb.

Bizimyol.info xəbər verir ki, Rusiyanın əksər yerlərində bu tərəvəzin kiloqramını təxminən 400 rubla (6 dollar) almaq mümkündür. Halbuki koronavirusun aşkarlanmasına qədər qiymət azı iki dəfə ucuz idi.

“Komsomolskaya pravda” araşdırma tipli yazı hazırlayıb. Burada Azərbaycandan gətirilən pomidorun qiymətinin 700 rubla (təxminən 11 dollar) çatdığı bildirilir. Meyvə-tərəvəz idxalı ilə məşğul olan şirkətlər bir-birinin ardınca Çin məhsulundan imtina edir. Məsələn, dünən “Maqnit” belə addım atıb. “X5” kimi bu şirkət də Çindən heç nə gətirməmək qərar verib. Belədə Azərbaycan məhsullarına tələbat artır.

Qəzet bir vacib məsələyə də diqqət çəkib. Asiyanın başqa xalqları vurisa görə diskriminasiyaya uğrayır. Yəni çinlilərin əziyyət çəkdiyi azmış kimi, yaponlar, koreyalılar, qazaxlar da ayrı-seçkilik qurbanı olur. Moskva restoranlarında qıyıqgözlü görən kimi müştərilər bir-bir oranı tərk etməyə başlayır.

Son xəbərlər
Bütün xəbərlər »