Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtobus sürücüsü: “Əcəb edirəm, uzaqbaşı 50 manat cərimə yazacaqlar” - Foto

Bakıda 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü nəqliyyat vasitəsini sükan arxasında telefonla danışaraq yüksək sürətlə idarə edib.

Sözügedən məlumatı əks etdirən fotolar sosial şəbəkədə sərnişinlərdən biri paylaşıb.

Avtobus sürücüsü

Paylaşım edən sərnişin iddia edib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JZ 235 dövlət nömrə nişanlı avtobusun sürücüsü telefonla danışa-danışa sərnişinlərlə dolu avtobusu yüksək sürətlə idarə edib.

Sərnişinlər onun bu davranışından şikayət etdikdə isə sürücü onlara “əcəb edirəm, xoşun gəlmir, zəng elə, şikayət et, uzaqbaşı 50 manat cərimə yazacaqlar”, - deyə cavab verib.

Bu isə sərnişinlərin narazılığına səbəb olub. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »