Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə pul ayrıb

Prezident İlham Əliyev Qazax rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, sərənca əsasən, Qazax rayonunun əhalisi 46271 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 14 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 980,0 (doqquz yüz səksən) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »