Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan böhran yaradacaq açıqlama

ABŞ valyutaları dollara nisbətdə aşağı olan ölkələrdən idxal olunan məhsullara vergi tətbiq etmək qərarını qətiləşdirdi. Bu, ABŞ-Çin arasında ikimərhələli ticarət sazişini imzaladıqdan bir neçə həftə sonra baş verib.

Bu barədə “Haber7” məlumat yayıb.

ABŞ Xəzinədarlıq Departamenti son zamanlar ticarət razılaşmasının bir hissəsi olaraq məzənnə manipulyatorunu ləğv etsə də, amma yeni qərar Amerikanın Ticarət Departamentinə Çinə vergi tətbiqinə imkan verəcək.

Qərar layihəsi ilk dəfə ötən ilin may ayında dərc edilmişdi. Çinlə bərabər yeni qərar digər ölkələrdən, o cümlədən, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Malayziya, Sinqapur, Cənubi Koreya, Vyetnam və İsveçrədən gətirilən mallara daha yüksək gömrük rüsumlarının artırılması ilə nəticələnə bilər.

Bu ölkələrin hamısı Xəzinadarlığın valyuta bazarına müdaxilələrini, yüksək qlobal cari əməliyyatlar profisitini və yüksək ikitərəfli ticarət profisitini təqib edən altı aylıq valyuta hesabatında yer alan “nəzarət siyahısındadır”.

Qeyd edək ki, bir gün əvvəl rəsmi Pekin Vaşinqtonu koronavirus qorxusu yaymaqla bağlı ittiham etmişdi.(oxu.az)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »