Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
18 yaşlı qızı qaçırıb başqa rayona aparıblar

Tovuzda 18 yaşlı qızın qaçırılması ilə bağlı təqsirləndirilən şəxslərin ibtidai istintaqı başa çatıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası fevralın 13-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Tovuzun Əhmədabad kəndində baş verib.

Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü M.Ş. evinin yaxınlığından zorla maşına mindiriblər. Onu Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar. Məlumata görə, qaçırmanın məqsədi qızla evlənmək olub.

Qızı qaçıran şəxslər Tovuzun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu olub. Onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri keçirib. M.Ş.-nin yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu) maddəsi İlə ittiham verilib.

Bu əmələ görə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. (report)

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »