Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Deputatlığa namizəd bukletini apteklərdən dərman alan xəstələrin torbasına qoydurur”

Seçki günü yaxınlaşdıqca qeydə alınmış deputatlığa namizədlərin bəziləri namizədliyini geri götürür, rəqiblər arasında gərginlik daha da artır.

Deputatlığa namizəd Əpoş Vəliyev Bizimyol.info-ya bildirib ki, 9 saylı Binəqədi ikinci seçki dairəsinin keçmiş deputatı Kəmaləddin Qafarovu binəqədililər son 5 ildə görməyib, adını bilməyib, səsini eşitməyib.

Əpoş Vəliyev

“Ötən 5 illik üçün səs verən Binəqədililər deputatın fəaliyyətindən gül tutub, növbəti 5 illik üçün səs versələr yəqin ki, gülab çəkəcəklər. Gəlin Zavodun yataqxanasına, Neftçilərin yataqxanasına, Xutora, Baksola, Stroydetal küçəsinə və Rəsulzadə qəsəbəsindəki digər bütün ünvanlara gedək. Görək o ərazilərdəki seçicilərdən kimsə Binəqədinin keçmiş deputatını tanıyırmı? Üzünü görüb səsini eşidibmi?

Kəmaləddin Qafarov Kəmaləddin Qafarov

Deputatların öz ərazilərindəki seçicilərlə maraqlanmaması, ərazilərdəki problemlərin vaxtında lazımi qurumlara çatdırılmaması xalqın narazılığının, aqressivliyinin pik həddə çatmasıyla nəticələnmişdi. Ölkə başçısı çıxışlarından birində qeyd etdi ki, "Bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin. Yəni, ona xalq dəstək verməlidir”,-deyə Ə.Vəliyev bildirib.

Deputatlığa namizəd qeyd edib ki, bəzi namizədlər özləri deyil, imza vərəqlərini kimlərəsə verib imza toplatdırıblar: “Bəzi namizədlər Dairə Seçki Komissiyasının sədrinə tapşırıq verib rəqib namizədlərə təzyiq etdirmək. Amma bəzi namizədlər hətta bukletlərini apteklərdən dərman alan xəstələrin dərman torbasına qoydururlar, şəkillərini qanunla qadağan olduğu halda aptek vitrinlərinə vurdururlar”.

Ramid İbrahimov

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »