Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
30 il təcrübəsi olan turizmçi: "Qaz gələn yerdən toyuq əsirgəməzlər"

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi qarşıya qoyulmuş ən böyük hədəflərdəndir. Ölkəmizin iqlimi, yerləşdiyi coğrafi şərait və gözəl təbiəti nəzərə alınmaqla turizmin inkişafı üçün böyük potensialımız var və artıq bu sahədə müəyyən uğurlar əldə edilib. Lakin hələ də, Türkiyə, Gürcüstan kimi qonşularımızla müqayisədə geridə qalırıq. Azərbaycanda turizm və otelçilik sahəsində yol verdiyimiz xətalar nələrdir? Qonağımızla bu barədə danışacağıq.

Bizimyol.info-nun müsahibi ömrünü turizm və otel menecmenti işinə həsr etmiş təcrübəli mütəxəssis, Bakıda fəaliyyət göstərən “Promenade” otelin baş meneceri , artıq 7 ildir bakılı olan Hakan Göksaldır.

- Hakan bəy, səyahət etməyi sevən və bu sahədə təcrübəsi olan insanlar hamısı qeyd edir ki,Türklərdə xidmət digər ölkələrə nisbətən daha yüksək səviyyədədir.

-Türkiyədə turizm hərəkatı 1970-ci illərdə başladı. O zamankı hökumətin dəstəyi ilə Antaliyada böyük otellər və kazinolar açılmağa başladı. Türkiyədə otel sektorunun əsasını qumarxanalar - kazinolar qoydu.Ölkəyə gələn xaricilər sayəsində turizmin inkişafı başadı. Türklərdə bir söz vardır , “buynuz qulağı keçdi” deyirlər. Biz o səviyyəyə yüksəldik ki, avropalıların özünə bu sahədə dərs verəcək hala gəldik.Otelçilik və restoran sektoru Türkiyədə çox yüksək səviyyəyə çıxdı. Mən 7 ildir burda yaşayıram. Bizim iki millət olaraq ortaq bir cəhətimiz var. Qonaqpərvərik. Turizm üçün bu çox önəmli bir məsələdir.Lakin iş sektoruna girərəkən bu azalır. Azərbaycanda bu işi sevərək yapan insanlar var, lakin azdırlar. Gözəl haldır ki, bu işi aparan insanlar müəyyən bir məqama gəliblər. Düşünürəm ki, növbəti 10 il içində dövlətin də verdiyi dəstəklə və insanların bu sektor üzrə maariflənməsinin güclənməsi ilə otel və turizmçilik çox yüksək bir səviyyəyə gələcək. Buna yüzdə yüz əminəm.

- Bəs kənardan baxan bir şəxs kimi necə dəyərləndirirsiniz, gürcülərlə müqayisədə biz necəyik?

-Mənə görə, Gürcüstanın təcrübəsi turzm məktəblərində dərs kimi öyrədilməlidir. Turizm sahəsində çox irəli gediblər. Keçmiş Sovet ölkəsi olaraq, azacıq imkanları böyük gəlirə çevirməyi bacarıblar. Nədən belə oldu deyə soruşa bilərsiniz? Məncə təşfiq güclüdür. Məsələn ora bir otel tikilir. Dövlət bu məsələdə çox şərait yaradır. Kommunal xərclərində, personalın çalışma şərtlərində, vergilərdə böyük imkanlar təqdim olunur. Bu da marka otellərin iştahını qabardır, gəlməyə təşviq edir. Gürcülər də qonaqpərvərdirlər və bunu xidmət sektoruna çəkə biliblər.

- Bəs gürcülər yaxşıdır yoxsa türklər?

- Əslində Gürcüstana turizm sektorunu türklər gətirdilər və bizim bir çox brend otellərimiz ordadır. Avropanın brend otelləri olsa da yatırımçıları türklərdir.

- Azərbaycanda qonşu ölkələrə nisbətən otel qiymətlərinin baha olması vurğulanır. Bizim mütəxəssilər deyirlər ki, Azərbaycanda otellər daha çox keyfiyyətlidir, ona görə daha bahalıyıq.

- Bəli, Azərbaycanda otelin dizaynına tikintisinə həddən artıq fikir verilir. Məsələn burda tikilən bir butik otelin qiymətinə Türkiyədə 3 və ya 4 ulduzlu bir neçə otel tikmək olar. Amma hər zaman deyirəm ki, önəmli olan otel bina deyil, ordakı xidmət səviyyəsidir. Otelin qapısının tutacaqları qızıldan olsa belə, xidmət gözəl olmasa bir gələn qonaq ikinci dəfə gəlməz. Yatırım yapılması gərəkən bina deyil, insandır, xidmət göstərən personaldır. Öncə personalın üzü güləcək ki, qonağın da üzü gülsün. Möhtəşəm saray tikə bilərsən. Lakin insanlar binaya yox ordakı xidmətə gəlirlər. Bu mənada düşünrəm ki, Azərbaycanda turizm və otelçiliyin tədrisi üzrə gec qalınıb. Azərbaycanlı dostlar turizm sahəsində təcrübəni əsasən xarici ölkələrdən qazanırlar. Bu bir anlamda yaxşıdır. Xarici təcrübəni öyrənirlər. Lakin ölkəniz qeyri -neft sektorunda inkişaf kursunu götürüb. Bu anlamda ciddi şəkildə çoxlu kadrlara və özünü yetişdirmiş, təcrübə qazanmış personalın da digərlərini yetişdirməsinə ehtiyac var.

- Sizin oteldə personala hansısa təlimlər keçilirmi?

- Bəli , iş proqramımız var. Təlim veririk, həm nəzəri həm praktiki olaraq otelçilik işini öyrədirik.Bakıda bir üstünlük var , burda işdə daha tez yüksəlmək olur. 6 ay aşağı səviyyədə başlayıb daha sonra şef ola bilirsən.

- Bakını çox zaman Dubayla müqayisə edirlər və hətta deyirlər ki, Bakı Dubaydan daha gözəldir.

- Bakı Dubaydan daha çox inkişaf edib və gözəldir. Dubay 30 illik tarixi olan bir şəhərdir. Bakının qədim tarixi var və bu da turistləri hər zaman cəlb edir. Modern dünya ilə tarix burda qucaqlaşır.

- Bəs niyə Dubaya insanlar daha çox axışır?

- Burda müəyyən xətalara yol verilir. Bir momenti xatırladım. Keçən il Bakıda futbol üzər Avropa çempionatnın final oyunu oldu və bizdə öncədən yerlər rezerv edildi. Sonra ard -arda bu rezervlər ləğv olundu. Səbəbini araşdırdıq. Məlum oldu ki, Gürcüstana təyyarə biletlərinin qiyməti ucuz olduğu üçün çox ingilis tərəfdarlar Gürcüsdtana getdilər. Burda oyunu seyr edib, orda qaldılar. Oyun Bakıda keçirildi, amma pulu Gürcüstan qazandı Təyyarə biletləri turizmçilikdə önəmli bir məsələdir. Bir turist hansısa bir ölkəyə tətilə gedəndə öncə təyyarə biletiinə baxır. Oteldə qalcaq, yatacaq, günlərini keçirəcək. Amma bir neçə saatlıq yolçuluq üçün həddən artıq pul vermək insanları düşündürür və bəzən səfər fikrindən daşındırır.

- Haqlısınız. Məsələn hazırda dünyanın yükəslən xətlə inkişaf etməkdə olan ölkəsi sayılan Ruandanı qeyd etmək istərdim. Məhz hava limanlarına önəm verdikləri üçün böyük inkşafa nail ola bililblər və Afrikanın mərkəzində həm turizm , həm iqtisadi mərkəz olaraq boy göstərməyə başlayıblar.

- Bəli turizmin inkişafı üçün mütləq bir şey verməlisən. Qaz gələn yerdən toyuq əsirgəməzlər deyiblər. Sən müəyyən güzəştlər etməlisən ki, ticarət sənə fayda şəklində geri dönə bilsin. Öncə verirsən sonra alırsan. Azərbaycanda yalnış bir düşüncə var. Öncə al sonra necəsə bir yolla qaytararsan. Belə olmur. Fikrimi başqa cür izah edim. Məsələn Türkiyə ölkənin sərhəd sularında üzən böyük kruiz gəmilərinə torpaq basdı pulu verir. Halbuki o gəmilər başqa ölkələr gedəndə özləri pul ödəməli olurlar. Bu yolla Türkiyə kruiz gəmilərinin öz limanlarına yan almasını təşviq edir və gəmidəki minlərlə turist Türkiyədə alış- veriş edirlər.Yəni Yunanıstana deyil Türkiyəyə yanaşırlar. Məsələn türkiyə hər enən təyyarəyə görə pul verir, Bakıda isə əksinə, gələn təyyarələr ölkəyə pul ödəyir. Bu yaxınlarda Azərbaycan da bu sazişə qoşuldu, önəmli bir qərar alındı. Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup "hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.Bu ölkəyə turist axınına müsbət təsir göstərəcək. Ticarətə məşğul olursansa müxtəlif marketinq manevrləri etmək məcburiyyətindəsən, Əks halda müştərilər qaçar. Məsələn biz otaq qiymətlərini eyni şəkildə təklif etsək də, hava limanından pulsuz transfer, axşam yeməyi pulsuz kimi təkliflər veririk. Bilirsinizmi, elə müştərilər var ki, otel barədə ən az bizim qədər məlumat sahibidirlər. Və belə insanlara məmnun qala biləcəkləri xidmət vermək məqdsədi ilə özümüzü inkişaf etdirmək məcburiyyətindəyik.

- Son trendlə halal otel deyə bir fikir də yer almaqdadır. Bir ara Azərbaycanda otellərdə cütülkələrdən rəsmi kəbin kağız qeydlərinin istənilməsi tənqid olunmuşdu.

- Bu turizmə vurulan böyük zərbədir. Hər millətin öz dəyərləri vardır doğrudur, lakin turzmçilik, otel xidmətində kəbin kağızı tələb edilməsi yolverilməzdir. Bir gələn turist ikinci dəfə gələrmi? Biz sadəcə qonaqlarımızın özlərinin təhlükəsizliyi naminə gələn şəxslərin şəxsiyyət vəsiqələrini istəyirik.

- Koronovirus dalğası dünyanı vurub.Bu yəqin turizm sahəsində özünü göstərəck. Otelə gələn qonaqlar da ehtiyatlanırlar yəqin ki. Nə kimi tədbirlər alınır?

- Biz təmizlik məqsədi ilə dünyada məşhur Ekolab firmasının məhsullarından istifadə edirik. Otaqlarımız, qonaqların xüsusilə çox istifadə etdikləri qapı qollar, kranlar yataqıl və.s məhz bu məhsullarla təmizlənir.Dezinfeksiya işləri bundan öncə də aparılırdı, indi buna xüsusi diqqət yetirilcək ki, gələn qonaqlar könül rahatlığı tapa bilsinlər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »