Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və İraq Süleymaninin öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət edəcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin ailəsi onun öldürülməsinə görə beynəlxalq məhkəmələrə şikayət etməyə hazırlaşır.

Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

O deyib ki, hazırda Məhkəmə Sistemi və Xarici İşlər Nazirliyi birlikdə şikayət üçün sənəd hazırlayır.

“Tehran prokurorluğu tərəfindən müvafiq sənədlər hazırlanır. İraq da bu məsələ ilə bağlı ayrıca şikayət edəcək”, - deyə Q. İsmaili qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.(apa)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
Son xəbərlər
Bütün xəbərlər »