Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası açıqlandı

Bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində baş verən zəlzələlərin sayı açıqlanıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən müddətdə ölkədə 550-560 təkanın qeydə alındığını bildirib.

Qurban Yetirmişli

Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar olur: "Yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib. Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib".

Direktor vurğulayıb ki, Mingəçevirdəki təkanlar dərində olduğundan hiss edilməyib: "Əgər həmin zəlzələ bir az dayazda olsaydı, orada böyük fəsadlar baş verərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. İndiyədək bu məsələ daim gündəmə gətirilsə də, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki oradakı su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də hövzənin içində olub".(report)

Paylaş »
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Açıq-gizli Şuşa mesajları
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"
››› Makron Ərdoğana türkcə başlayan məktub göndərdi
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
Son xəbərlər
Bütün xəbərlər »