Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki dairəsi vəfat etmiş şəxsin adına bildiriş göndərib?

23 saylı Nəsim-Səbail seçki dairəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində dünyasını dəyişmiş şəxslərin adına seçkidə iştirak etməklə bağlı bildiriş göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev bildirib.

O, qeyd edib ki, vəfat etmiş şəxsi Tolstoy küçəsi 187 ünvanında ünvanında yerləşən 8 saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil ediliblər.

“14 il öncə, 2006-cı ildə vəfat etmiş Manafova Nərgiz Mütəllib qızı vəfat edib. Bu məlumatı mənə onun oğlu deyib”,-deyə vəkil bildirib.

23 saylı Nəsim-Səbail seçki dairəsinin sədri Ağabala Quliyev Bizimyol.info-ya həmin vətəndaşın sağ olduğunu bildirib: “Biz həmin vətəndaşla əlaqə saxlamışıq. O dedi ki, Nərimanovda yaşayır və hazırda parkda gəzir”.

Qeyd edək Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqləyib. Parlament seçkiləri ilə əlaqədar 5 375 967 ədəd bildiriş çap edilib.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »