Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda komandir azərbaycanlı əsgəri döyüb, Müdafiə Nazirliyi araşdırmaya başlayıb

Gürcüstanda hərbi xidmətdə olan miliyyətcə azərbaycanlı əsgər komandiri tərəfindən döyülüb.

İnsident fevralın 1-də baş verib.

Hadisəyə səbəb komandirin əsgərə irad bildirməsi olub. Daha sonra əsgərə qarşı fiziki zorakılığa yol verilib.

Əsgərin ağır travma almadığı bildirilir.

Gürcüstanın yerli “Mtavari arxi” televiziya kanalının yaydığı məlumata əsasən, döyülən əsgər Marneuli rayonundan həqiqi hərbi xidmətə çağırılan Yusif Keçəlovdur. Kanal iddia edir ki, əsgəri beş nəfər döyüb və hadisədən sonra o, xəstəxanaya yerləşdirilib.

Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, əsgərə qarşı fiziki zorakılıq faktı üzrə araşdırma başlayıb. Araşdırmanı nazirliyin Hərbi polis departamenti aparır.

Qurumdan verilən xəbərə görə, günahkarlara qarşı qanunla nəzərdə tutulan bütün tədbirlər həyata keçiriləcək. (Report.az)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »