Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan “Xiaomi”yə zərbə

Koronavirusun Çin iqtisadiyyatına zərəri milyonlarla da yox, milyardlarla ölçülə bilər. Asiya dövlətinin ziyan görməyən şirkəti yoxdur.

Bizimyol.info xəbər verir ki, koronavirus “Xiaomi”yə də zərbə vurub. Çin şirkəti yeni smartfonun təqdimatını təxirə salıb. “Xiaomi”də bunun koronavirusla bağlı olduğunu gizlətməyiblər.

“Xiaomi”nin ardınca “Honor”dan da eyni açıqlama gəlib. “Huawei Technologies”in brendi çətin vəziyyətdə qalıb. Ona görə də yeni modellə bağlı konkret təqdimat günü demək olmur. “Honor” dəqiq tarix bildirməkdən çəkinir. Çünki koronavirus hər an planları alt-üst edə bilər.

Çində koronavirusa yoluxanların sayı 17 min nəfəri keçib. 521 nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »