Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran koronavirusa görə neft hasilatının azaldılmasını istəyir

İranın neft naziri Bijan Namdar Zəngənə OPEC sammitində hasilatın azaldılmasının müzakirəsini təklif edib.

O, buna səbəb kimi koronavirusa görə neftin qiymətinin 60 dollardan aşağı düşməsini əsas gətirib.

“OPEC prezidenti ilə söhbətimizdə bildirdim ki, növbədənkənar görüş mart ayında nəzərdə tutulan iclasdan əvvəl keçirilsə, bütün üzv dövlətlər hasilatı azaltmaqla bağlı qərar verməyə hazır olmalıdır. Əgər OPEC üzvləri belə bir qərar verməyə hazır olmasalar, növbədənkənar görüş keçirməyə də lüzum qalmayacaq, əvvəlcədən nəzərdə tutulduğu kimi martın 4-5-də iclas keçiriləcək", - o qeyd edib.

Qeyd edək ki, koronavirusun yayılmasından sonra, yanvarın 20-dən “Brent” markalı neftin bir barelinin qiyməti 10 faizdən artıq ucuzlaşıb. Ötən həftə Çinə Latın Amerikasından neft idxalı dayanıb, Qərbi Afrikadan isə azalıb. Yanvarın 31-də London birjasında “Brent” markalı neftin qiyməti ötən il avqustun 7-dən sonra ilk dəfə olaraq 2,45 faiz azalaraq 55,93 dollar, WTI markalı neftin qiyməti isə 1,8 faiz azalaraq 51,14 dollar təşkil edib.

Xatırladaq ki, koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 361-i keçib. (Report.az)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »