Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“1 milyona yaxın insan sərhədlərimizə yaxınlaşır” - Ərdoğan

“İdlibdən 1 milyona yaxın insan sərhədlərimizə doğru irəliləyir”.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib. İdlibdəki köç dalğasından danışan Ərdoğan hazırda Türkiyədə 4 milyon suriyalının olduğunu bildirib:

“1 milyona yaxın insan sərhədimizə doğru irəliləyir. Aralarında uşaqlar, yaşlılar var. Hazırda Türkiyədə yaşayan 4 milyon suriyalının 3,5 milyonu tamamilə sərhəd bölgələrindəndir. Onları yavaş-yavaş evlərə yerləşdirmişik. Anacaq bu 1 milyon insanı harada yerləşdirəcəyik?”.

Türkiyə rəhbəri Elazığ zəlzələsindən sonra gərgin işlədiklərini, bu səbəbdən suriyalı qaçqınları qəbul etməkdə çətinliklər yaşanacağını deyib:

“Elazığ zəlzələsində 41 nəfər dünyasını dəyişdi, 10 mindan çox binaya ziyan dəyib. Bütün bunlarla bağlı işlərə başlamışıq. Digər tərəfdən qaçqınlar ölkəmizə yaxınlaşır. Onları qəbul etməkdə çətinliyimiz olacaq. Bu səbəbdən bəzi tədbirlər görmək məcburiyyətindəyik. Hazırda mühacirləri Suriyada necə yerləşdirə biləcəyimizlə bağlı işlər aparırıq”. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »