Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk hərbçilərinə hücumun cavabı ikiqat veriləcək" - Ərdoğandan sərt açıqlama

Türkiyə İdlibdəki hücumun cavabını ikiqat verib, verməyə də davam edir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, təxminən 40 nöqtə davamlı əməliyyat hədəfləri arasındadır və həmin hədəflər həm fırtına özüyeriyən artilleriya qurğusu (Ö.A.Q.), həm də F-16 ilə vurulmağa davam edir: “Ölkəmizin, millətimizin və idlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün keçirdiyimiz əməliyyatları davam etdirməkdə qərarlıyıq. Belə alçaq hücumlarla Türkiyənin iradəsini sınayanlar böyük bir səhv etdiklərini anlayacaqlar.”

Türkiyə Prezidenti bəyan edib ki, Ankara geri çəkilməyəcək: "Əməliyyatlar davam edir və ilkin məlumatlara görə Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib”.

R.T.Ərdoğan Rusiya tərəfinə də xitab edib: "Burada qarşı tərəf siz yox, rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın".

Qeyd edək ki, Suriyanın İdlib əyalətində artilleriya zərbələri nəticəsində 4 Türkiyə hərbçisi həlak olub, daha 9 hərbçi yaralanıb. (Virtualaz.org)

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »