Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1 dollar üçün adam öldürülən ölkə

Dünyanın elə ölkələri var ki, ora hər turist getməyə cürət etmir. Məsələn, Şimali Koreyanı adını çəkmək olar. Amma söhbət kriminaldan çox, qapalı rejimdən gedir. Şimali Koreyadan sağ qayıtmaq mümkündür. Venesuelada isə istənilən turisti 1 dollara görə öldürə bilərlər.

Bizimyol.info xəbər verir ki, türkiyəli bloger Əmrə Durmuş Cənubi Amerika dövləti ilə bağlı belə qənaətə gəlib. O, “YouTube” portalındakı “CezGif” kanalında Venesuela haqda süjet hazırlayıb. Əmrə okeanın o tərəfində 10 gün keçirib. Dünyanın ən təhlükəli ölkələrindən birini, bəlkə də, birincisini tanımağa çalışıb.

Bloger çox risk etməyib. Videoda özü də deyir ki, paytaxt Karakasda sərbəst gəzmək mümkün deyil. İstənilən turisti 1 dollara görə öldürə bilərlər.

Əmrə Karakasda 1 dolların təxminən 16,5 min bolivara bərabər olduğunu söyləyir. Bu pula isə supermarketdə selofan paketi doldurmaq mümkündür. Yəni ərzaq qiymətləri Türkiyədən 8-10 dəfə ucuzdur.

Bloger oteldə lüks otağın bir gecəsi üçün cəmi 7 dollar ödəyib. Onun danışdıqlarından belə aydın olur ki, Karakasda otel qiymətləri 10-15 dolları keçmir.

Əmrə Karakasda müəyyən qədər gəzmək üçün türk tanışlarından birindən onu müşayiət etməsini istəyib. Əks halda istənilən vaxt üstünə silah çəkə bilərlər. Hərçənd, iki nəfərə hücum halları da az olmur.

Venesuelada inflyasiya o qədər güclü gedir ki, son aylarda bolivar təxminən 4 dəfə dəyər itirib. İndi dollarla Karakasda daha çox şey almaq mümkündür. Əmrənin videosuna yazılan rəylərdə də bu məqam qeyd olunub.

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »